Ərdoğan Qərbi terrorçuları dəstəkləməkdə ittiham edir
06 fevral 2016 22:55 (UTC +04:00)

Ərdoğan Qərbi terrorçuları dəstəkləməkdə ittiham edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrini ikili standartlı siyasət  

yürütməkdə ittiham edərək, onları PPK və YPG (PKK terror təşkilatının Suriya qolu) qruplaşmalarını silahlandırmaqda təqsirləndirib.

 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Ərdoğan İstanbulda keçirilən Ümumdünya turizm forumunda çıxışı zamanı bildirib.

 

“Biz terrorçuların istifadə etdiyi silahların Qərb istehsalı olduğunun şahidi oluruq. Onların əllərində olan silahlar müxtəlif Qərb ölkələrində istehsal olunub. Yəni, terrorçuların malik olduğu silahlar terror təşkilatları ilə mübarizə barədə daim bəyanatlar verən ölkələr tərəfindən istehsal olunub”, deyə Ərdoğan qeyd edib.   

 

Ərdoğan Qərbin Türkiyənin tələblərinə çox vaxt məhəl qoymamasından təəssüfləndiyini bildirib: “Qərb ölkələri YPG-nin törətdiyi etnik təmizləmələrə, terror aktlarına və Bəşər Əsəd rejimi ilə sıx əməkdaşlıq etməsinə göz yumur”.    

 

“Bizim PKK ilə mübarizəmiz 35 ildir davam edir. Lakin biz heç vaxt geri çəkilməmişik və bu günədək təmkinlə mübarizəni davam etdiririk”, deyə Türkiyə prezidenti əlavə edib.   

# 193
avatar

Oxşar yazılar