Azərbaycanda daha bir uşaq doğuş zamanı öldü
06 fevral 2016 20:41 (UTC +04:00)

Azərbaycanda daha bir uşaq doğuş zamanı öldü

Bərdədə doğuş zamanı uşaq ölüb. Yaxınlarının APA-nın Qarabağ müxbirinə verdiyi xəbərə görə, Ağdam rayon Paşabəyli kənd sakini 30 yaşlı Quliyeva Sevinc Əli qızı fevralın 6-da Bərdə Mərkəzi rayon Xəstəxanasına daxil olub. Doğuş çətin olduğundan, ananın həyatını xilas etmək üçün, cərrahiyyə yolu ilə gerçəkləşdirilib. Lakin uşağın həyatını xilas etmək mümkün olmayıb.

 

S.Quliyevanın qaynanası Pəri Quliyeva APA-ya açıqlamasında bildirib ki, onun nəvəsi həkim məsuliyyətsizliyindən tələf olub: “UZİ də uşağın çəkisi 3.350 kq göstərilib. Doğuşdan sonra həkimlər uşağın çəkisinin 4.500 kq çox olduğu deyiblər”.

 

S. Quliyevanın ailəsi Bərdə Doğum evinin həkimlərindən şikayətçi olacaqlarını bildiriblər.

# 138
avatar

Oxşar yazılar