Bankomatdan oğurluq etmək istəyən şəxs tutuldu
06 fevral 2016 17:02 (UTC +04:00)

Bankomatdan oğurluq etmək istəyən şəxs tutuldu

Bankomatdan oğurluğa cəhd göstərmiş Şəki rayon sakini tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də şəhər ərazisindəki “Beynəlxalq Bank”a məxsus bankomatdan oğurluğa cəhd göstərmiş rayon sakini Vaqif Bayramov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 25-də Sərxan Şirinova məxsus mağazadan tütün məmulatı oğurlaması da müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.

# 131
avatar

Oxşar yazılar