Samir Şərifov: "Hər qəpiyimizə diqqətlə yanaşmalıyıq"
06 fevral 2016 15:23 (UTC +04:00)

Samir Şərifov: "Hər qəpiyimizə diqqətlə yanaşmalıyıq"

Biz israfçılığa və izafi xərclərə, o cümlədən lüzumsuz xərclərə imkan verməməliyik".

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifovbildirib.

 

"Maliyyə Nazirliyi tərəfindən bəzi qurumlara maliyyə nəzarətinin gücləndirilməsi o zərurətdən irəli gəlir ki, məlum səbəblərə görə, indiki şəraitdə bizim gəlirlərimiz azalıb və  hər bir qəpiyimizə böyük diqqətlə yanaşmalıyıq. Dövlət büdcəsinin vəsaitlərinin qanunsuz yolla mənimsənilməsi halları ilə amansız mübarizə aparmalıyıq", - deyə nazir qeyd edib.

# 205
avatar

Oxşar yazılar