[b]Böhran Qrupu: [/b]Dondurulmuş münaqişələrdən nə Rusiya, nə də Avropa qazanır
06 fevral 2016 14:19 (UTC +04:00)

[b]Böhran Qrupu: [/b]Dondurulmuş münaqişələrdən nə Rusiya, nə də Avropa qazanır

Dondurulmuş münaqişələrdən nə Rusiya, nə də Avropa İttifaqıqazanır”.

 

APA-nın xəbərinə görə, bu barədə Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Maqdalena Qrononun qurumun saytında yerləşdirilmiş “The Not-So-Frozen Conflicts on Russia’s Border” ("Rusiya sərhədlərində o qədər də dondurulmuş olmayan münaqişələr") başlıqlı yazısında deyilir.

 

M. Qrono bildirir ki, postsovet məkanında mövcud münaqişələrin tənzimlənməsi əsas aktyorların geosiyasi maraqlarında qırılma nöqtələri qaldığı müddətdə, mümkün olmayacaq. Onun fikrincə, Dağlıq Qarabağmünaqişəsinin həlli ilə məşğul olan Minsk prosesi vəziyyətin aktiv hərbi əməliyyatlara keçməsinin qarşısını alaraq qısamüddətli risklərin və humanitar çətinliklərin öhdəsindən gəlməyə imkan verir: “Bu münaqişələrin dondurulmuş xarakteri illüziyadır. Regional güclərin mövqeyi burada əsas paya malikdir. Ukraynadakı müharibənin mənzərəsi Moskanın siyasi gündəliyinin Qərbin maraqları ilə toqquşmasından asılıdır. Münaqişə bölgələrinə dəstək və onlarla əməkdaşlıq Moksvanın əsas regional strategiyasıdır. Türkiyə Azərbaycanı Dağlıq Qarabağmünaqişəsində dəstəkləyib. Ermənistan və Azərbaycanın qonşusu olaraq İranın qlobal siyasətə dönüşünün də region üçün potensial nəticələri var”.

 

Yazıda qeyd edilir ki, münaqişə tərəfləri arasında razılaşma əldə olunması çətin olacaq, çünki bu xalqlar fiziki və siyasi olaraq 20 ildən çoxdur qarşı cəbhələrdə yer alıblar: “Heç bir möcüzə baş verməyəcək. Lakin dondurulmuş münaqişələrdən nə Rusiya, nə də Avropa qazanır. Rusiya və Avropa İttifaqı arasında geosiyasi qırılma zəiflədiyi zaman, praktiki məsələr üzrə inkişafa nail olmaq mümkündür”.

# 158
avatar

Oxşar yazılar