Bakıda üç maşın toqquşdu, maşınlardan biri yandı: 3 yaralı
05 fevral 2016 23:03 (UTC +04:00)

Bakıda üç maşın toqquşdu, maşınlardan biri yandı: 3 yaralı

Bakıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Hövsan qəsəbəsində baş verib. İlkin məlumata görə, VAZ, BMW və “Opel” markalı minik avtomobilləri toqquşub. Toqquşma nəticəsində VAZ markalı avtomobil alışıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

 

3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, qəza nəticəsində üç yaralı gətirilib. Bunlar Hakim Əkbərov, Nurəngiz Niyazova və onun qızı Esmira Niyazovadır. Onların toqquşan avtomobillərdən hansında olduğu hələlik məlum deyil.

 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

# 108
avatar

Oxşar yazılar