Ərdoğanın cangüdənləri deputatın burnunu sındırdı
05 fevral 2016 19:46 (UTC +04:00)

Ərdoğanın cangüdənləri deputatın burnunu sındırdı

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ekvador səfərində qalmaqal yaşanıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ərdoğanın universitetlərdən birində çıxışı zamanı bir qrup qadın onu protest edib.

Qadınlar Ərdoğanı İŞİD-i dəstəkləməkdə ittiham edib. Bu vaxt Ərdoğanın cangüdənləri həmin qadınların üzərinə hücum çəkib. Ekvadorlu millət vəkili Diego Vintimilla türkiyəli cangüdənlərin qarşısı almaq istəyərkən, mühafizəçilər tərəfindən döyülüb. Millət vəkilinin burnunun qırıldığı bildirib.

Ekvador parlamentinin sədri Gabriela Rivadeneira sosial şəbəkədə türkiyəli cangüdənlərin bu hərəkəti kəskin tənqid edib.

# 122
avatar

Səlcuq Elçin

Oxşar yazılar