İlhamə Quliyevanın oğlu dostunun həbsindən danışdı
05 fevral 2016 13:55 (UTC +04:00)

İlhamə Quliyevanın oğlu dostunun həbsindən danışdı

Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov dostu Bəkirov Vüqar Nadir oğlunun həbs edilməsi xəbərinə münasibət bildirib. Lent.az-a açıqlama verən O.Nadirov bildirib ki, dostunun həbs olunması xəbəri düzdür: “Səhərdən telefonuma saysız zənglər gəlir. Bu cür mövzulara şərh vermək istəməzdim. Allah ona kömək olsun. Hansı əməlinə görə həbs olunduğunu dəqiq bilmirəm. Ancaq onu deyə bilərəm ki, anamın keçmiş köməkçisi Mehriban Hüseynovaya görə həbs edilməyib. Yəqin başqa əməlinə görə saxlanılıb”.  

 

Qeyd edək ki, həbs edilən V.Bəkirov Yasamal rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. Vüqar Bəkirovun məhkəmə prosesi hazırda davam etdirilir. İbtidai istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilməyən V. Bəkirov bir neçə dəfə məhkəməyə gəlmədiyinə görə, hakim Ramin Qurbanov tərəfindən bir ay bundan əvvəl axtarış haqqında qərar qəbul edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V. Bəkirov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq təcridxanasında saxlanılır.

 

V. Bəkirovun vəkili Elmira Məmmədova APA-ya açıqlamasında bildirib ki, Biləsuvar rayon sakini Məmmədov Oruc Bakir oğlu V. Bəkirovdan şikayət etdiyi üçün onun barəsində cinayət işi başlanılıb. Vəkilin sözlərinə görə, V. Bəkirovla bağlı hazırda 2 cinayət işi var. Onlardan birinə Binəqədi rayon Məhkəməsində , digərinə isə Yasamal rayon Məhkəməsində baxılır.

 

Onu da qeyd edək ki, V. Bəkirov xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun dostudur. 

# 227
avatar

Yalçın UĞUR

Oxşar yazılar