Ceyms Bondun əşyaları hərraca çıxarılacaq
05 fevral 2016 13:10 (UTC +04:00)

Ceyms Bondun əşyaları hərraca çıxarılacaq

Fevralın 18-də Londonda Christie's hərrac evi "007: Spektr" filminə həsr olunmuş tematik hərrac təqdim edəcək. Lent.az-ın buro247.az-a istinadən məlumatına görə, ümumilikdə satışa 24 əşya çıxarılacaq. Top-lotların arasında xüsusi olaraq film üçün hazırlanmış Aston Martin DB10 avtomobili də var. Avtomobildə Deniel Kreyqin şəxsən imzaladığı xüsusi lövhəcik var. Maşının dəyəri 1,15 milyon funt sterlinq arasında dəyişir.


Hərracın daha bir top-lotu Kreyqin Bond rolunda taxdığı Omega Seamaster 300 qol saatı olacaq. Eləcə də, filmdə Kyu rolunda Ben Uişounun istifadə etdiyi noutbuk, günəş eynəkləri, taxma düymələr də var.
 

Sərgilənən lotların satışından əldə edilən vəsait xeyriyyə məqsədlərinə, o cümlədən "Sərhədsiz həkimlər" və Minaların təmizlənməsi üzrə BMT Xidmətinə (UNMAS) yönəldiləcək.

# 304
avatar

Oxşar yazılar