İş adamının intiharının qarşısı alındı - <span style="color:red;">BAKIDA
05 fevral 2016 12:10 (UTC +04:00)

İş adamının intiharının qarşısı alındı - BAKIDA

Bakıda intihara cəhd olub.

 

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 40-45 yaşlarında kişi Nəqliyyat Nazirliyinin (NN) yaxınlığındakı körpünün üstünə çıxaraq, özünü yandıracağını bildirib. Hadisə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İntihar etmək istəyən şəxslə söhbət aparılıb və o, intihar etmək fikrindən daşınaraq, aşağı enməyə razı olub.

 

APA-nın əldə etdiyi məlumata görə, intihara cəhd edən şəxs Dönməz Məmmədov adlı sahibkardır. Bildirilir ki, iş adamı probleminin NN ilə bağlı olduğunu deyib. Hazırda nazirliyin məsul şəxsləri onunla görüşürlər.

# 185
avatar

Oxşar yazılar