Mərkəzi Bank sədrinin qızı Londonda dəfilə keçirəcək
05 fevral 2016 11:16 (UTC +04:00)

Mərkəzi Bank sədrinin qızı Londonda dəfilə keçirəcək

Mərkəzi bankın idarə heyətinin sədri Elman Rüstəmovun qızı - Londonda yaşayan dizayner Günel Rüstəmovanın nümayişi fevralın 19-da baş tutacaq. Lent.az-ın buro247.az-a istinadən məlumatına görə, "Gyunel"dən başqa, həmin gün payız-qış 2016 kolleksiyalarını Charlotte Olympia, John Smedley, Bora Aksu, Steven Tai və başqa brendlər təqdim edəcək.

Qeyd edək ki, bu günlərdə Parisdə de Grisogono zərgərlik brendi və Gyunel brendinin birgə nümayişi baş tutub. Tədbirin qonaqları İrina Şeyk, Bella Hadid, Yevqeniya Silva, moda və zərgərlik biznesinin digər təmsilçiləri olub.

# 243
avatar

Oxşar yazılar