İlhamə və feysbukdakı “qara kurtka”lı - <span style="color:red;">AKTUAL ŞƏRH
03 fevral 2016 15:22 (UTC +04:00)

İlhamə və feysbukdakı “qara kurtka”lı - AKTUAL ŞƏRH

 

 

İki gündür, mətbuatın gündəmi İlhamə Quliyevadan ibarətdi. Haqqında yazılanları, onun dediklərini, ona deyilənləri burda yenidən təkrarlamaq fikrim yoxdur. Onsuz da istər-istəməz oxumusunuz, oxumasanız da gözünüzə sataşıb. Ayrı şeyi deyirəm.

 

İlhamənin nə işlə məşğul olduğunu bu ölkədə bilməyən yoxdur. Hətta deyərdim, kimi, harada, necə, neçəyə ... məhkəməyə verdiyini hamınız görürsünüz. Ancaq İlhamənin adı çəkiləndə həmkarlarının, elə mənim də həmkarlarımın əksəriyyəti olur 3 meymundan biri. Hə, o şəkillərdə yanaşı gördüyünüz 3 meymun.

 

“Məmə deyənindən pəpə yeyəninə qədər” hamı bilir ki, 6 milyon titulu olan, həmyaşıdlarının şəkilləri və skeletləri dünyanın tarix muzeylərində dəyərli eksponatlar sırasında sərgilənən bu xalq artistinin şantaj, təhdid eləmədiyi, ləkələmədiyi, böhtan atmadığı adam qalmayıb. Şou-biznes jurnalistləri arasında ondan qorxmayan çox az adam var. Elə müğənnilərin də əksəriyyəti İlhamə adını eşidəndə təzimə dayanırlar. Həqiqətən çətindir.

 

Tarixin arxa qatlarında vəba, cüzam kimi qorxunc xəstəliklər olub. Zamanla o viruslar məhv olub, sıradan çıxıb. Yəni hər bir virusun özünün bir tarixi dövrü olur. Virus ortaya çıxır, yayılır, insanlara bulaşır, insanlığı zəhərləyir, sonra təbiətin  normal axarına uyğun olaraq ölür, məhv olur. Dövrümüzün cüzama bənzər virusları da zamanla məhv olacaq. Buna şübhə etmirik. Ancaq kitablarda oxumuşuq ki, ötən əsrdə cüzamlı xəstələri cəmiyyətdən təcrid edər, onları insanlar arasına buraxmaz, o iyrənc virusu sağlam adamlara da bulaşdırmağa imkan verməzdilər. İnsanların günümüzün xəstəliklərinə münasibəti həqiqətən də heyrət doğurur. Təhlükəli virus daşıyıcılarını nəinki cəmiyyətdən təcrid edir, onları məclislərin yuxarı başındakı masalarda əyləşdirirlər. Özləri bilsin. Cüzamlı ilə yanaşı oturan adam, əlbəttə, cüzama tutulacaq. Oturursunuz-oturursunuz, heç olmasa, respiratordan istifadə edin. Sonra bizim üstümüzə qaçırsınız ki, mövqeyimi dərc edin, filankəs mənə cüzam yoluxdurub. Həqiqətən çətindir.

 

Tibbi biliklərim çox yüksək deyil. Ona görə də anatomiya dərsimizi burda yekunlaşdırıram. Mənim kimi yüksək ali təhsil almış adamlar onsuz da nə demək istədiyimi başa düşdü. Nənəm demişkən, qaratikan koluna sürtünməyin mənası yoxdur.

 

Məna dedim yadıma düşdü. Ötən həftə bir manıs mənasız bir söhbət eləmişdi - qızların hamısı internetə şəkil qoyur deyə. Bu oğlunu evləndirə bilmir. Mən də bu adamın başının Azıx adamının başı ilə aşağı-yuxarı eyni olduğunu yazmışdım. Yazını saytımızın feysbuk səhifəsində oxuyan qaqaşların hamısı müəllifi “peysər” çıxarmışdı. Dəhşət idi. Tapın oxuyun. Ölkədə ölü yerdən 6-7 milyon Azıx adamı var. Namus-qeyrət məfhumunun cisim tapmış halı olduğunu iddia eləyən bəzi tiplər isə ümumiyyətlə, fövqəlbəşər idi. Bax, sözüm məhz sənədi, ay namus-qeyrət dağarcığı. Özünü gicliyə qoyma e, hə, səni deyirəm, səhifəni bağlama, oxu axıra qədər. Səni tanıdım axı mən. Küçədə gördüyün o tanımadığın qızı geyindiyi şalvara görə əxlaqsız çıxaran sən deyildin? Sən öl, səni vapçatlarda profilə qız şəkli qoyan oğlanlara kontur göndərəndə də görüblər. Osan daa, tanıdım səni. Feysbuka girəndə heç olmasa, “kurtka”nı dəyiş. Eyni “qara kurtka”dı. Gərək hər şeyi mən öyrədim sənə? Bizim səhifədən keçib o biri səhifədə də yazıçı Seymur Baycana ədəbiyyat dərsi keçirdin. Orda da gördüm səni. Ə, sən Bəxtiyar Vahabzadə tanıyırsan? Soruşan olsa, bir bənd, bənd cəhənnəm, bir misra şeirini də deyə bilməzsən. Amma at kimi Seymurun üzünə bozarırdın ki, o yazıçı deyil, Bəxtiyar da dünyanın ən yaxşı, ən vətənpərvər şairidi. Lap tutaq ki, elədi e, sən nə bilirsən axı?! Oxumamısan axı, bilirəm.

 

Əynindəki qara rəng ruhuna da sirayət edib. Sən indi yəqin, sirayət sözünü də başa düşmədin. Həqiqətən çətindir. Yorma məni...

 

# 430
avatar

Anar Gəraylı

Oxşar yazılar