Azərbaycanda daha 3 nəfər dəm qazından öldü
11 yanvar 2016 13:22 (UTC +04:00)

Azərbaycanda daha 3 nəfər dəm qazından öldü

Yanvarın 9-da ölkədə daha 3 nəfər dəm qazından boğulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qaradağ rayonunun Puta qəsəbəsində yaşayan Elnurə Məmmədrzayeva, Kürdəmir rayonunda yaşayan Vasif Mikayıllı evlərində dəm qazından zəhələnərək ölüb. Bundan başqa Nəsimi rayonu ərazisində yaşayan Arzu Abdullayeva dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada vəfat edib.

 

Hər bir faktla bağlı araşdırmalar aparılır.

# 106
avatar

Oxşar yazılar