İmtahandan kəsilən tələbə özünü dənizə atdı - YENİLƏNİB
11 yanvar 2016 14:08 (UTC +04:00)

İmtahandan kəsilən tələbə özünü dənizə atdı - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Sumqayıtdakı intiharla bağlı məlumat yayıb. 

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, yanvarın 9-da itkin düşmüş Sumqayıt şəhər sakini Rumiyyə Qasımovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yanvarın 10-da şəhər ərazisindəki dəniz sahilində tapılıb.

Faktla bağlı araşdırma aparılır. 

 
***
 
12:40
 
 
Sumqayıt Dövlət Universitetinin tələbəsi özünü dənizə atıb. APA TV-nin məlumatına görə, intihar edən Rumiyyə Qasımova universitetin İbtidai metodika fakültəsinin birinci kurs tələbəsi olub.
 
İmtahandan çıxıb evə gedən Rumiyyə Qasımova atasının kəskin iradları ilə qarşılaşıb. Buna dözə bilməyən tələbə qız yaşadığı Saray qəsəbəsindəki evlərini tərk edib və elə o istiqamətdə də özünü dənizə atıb.
 
Rumiyyə Qasımova gedərkən bütün əşyalarını və telefonunu evdə qoyub. Faktla bağlı araşdırma aparılır.

# 211
avatar

Oxşar yazılar