<span style="color:red;">İNANILMAZ!  Lent.az 31 ildən sonra ata və balanı qovuşdurdu!
19 dekabr 2015 16:30 (UTC +04:00)

İNANILMAZ! Lent.az 31 ildən sonra ata və balanı qovuşdurdu!

“Heç bilmirəm necə minnətdarlıq edim, təşəkkürlər sizə,  bizi qovuşdurduğunuza görə, sizə borcluyuq”.

 

Riqadan edilən bu qəfil zəng düzü bizi çaşdırmadı. Çünki...Çünki hərdən möcüzələrə inanmaq lazımdır...  

 

...Bir müddət əvvəl Lent.az-da “O atanı tapın – RİQADAN ÜRƏK DAĞLAYAN HEKAYƏT” adlı yazı yayımlanmışdı. Yazıda Latviyanın paytaxtı Riqadan olan iş adamı Laila Eglitenin (Leyla Zeynalova) 3 yaşında anası ilə onu tərk edən atası Zeynalov Məcid Firudin oğlundan, daha dəqiqi onu axtarmasından bəhs edirdi.  Həmin yazıda 31 il öncə, Laila 3 yaşındaykən atasının onu tərk etməsindən bəhs edirdi. Yaşa dolduqdan  sonra daima atasını axtaran Laila öz hekayətini Riqada ezamiyyətdə olan əməkdaşımız Mübariz Aslanova danışmışdı.

Sən demə, Lent.az-da yayımlanan “O atanı tapın – RİQADAN ÜRƏK DAĞLAYAN HEKAYƏT” adlı yazını oxuyandan sonra Lailanın əmisi sosial şəbəkə vasitəsi ilə onunla əlaqə saxlayıb. Bir qədər araşdırmadan sonra Lailanın məhz Məcid Zeynalovun qızı olduğu  dəqiqləşib. Bundan sonra ata və qızı 31 ildən sonra SKYPE vasitəsi ilə ünsiyyət qurublar. “Biz tezliklə görüşəcəyik. Ola bilsin Bakıda. Amma mən elə ilk andan təklif etdim ki, biz onu və digər yaxını varsa, birlikdə Latviyada yaşaması üçün hər bir şeyi təşkil etməyə hazırıq”.

Adıgedən yazını bu linkdən oxuya bilərsiniz.

 

(http://news.lent.az/news/223340)

 

# 241
avatar

Mübariz Aslanov

Oxşar yazılar