İsa Peyğəmbəri və... hamını sevənlərin şəhəri - <span style="color:red;">51 qadın, 49 kişi
10 oktyabr 2015 13:49 (UTC +04:00)

İsa Peyğəmbəri və... hamını sevənlərin şəhəri - 51 qadın, 49 kişi

Bu dəfə Lvovla daha yaxından tanış oldum...

 

Ümumiyyətlə, bura gələn heç vaxt bu şəhəri slavyan şəhəri zənn edə bilmir...Heç avropalılara da aid etmək olmaz...

 

Lvovun özəlliyi də dünyada heç bir xalqlar birliyinə, heç bir məhdud etnomədəniyyətə aid olmamasıdır...

 

Xristianlıq, türkçülük, klassika, modernizm - Lvov bütün bunların hamısı deməkdir.

 

“Bizim nəinki Ukraynanın digər bölgələrindən, ümumiyyətlə, bütün xristian ölkələrində fərqimiz odur ki, bizdə İsa peyğəmbəri daha çox sevirlər... Elə bir lvovlu yoxdur ki, hər səhər yaxınlıqdakı kilsədə İsanı yad etməmiş ya işə, ya universitetə dərsə, ya da harasa tələssin...”

 

Yeri gəlmişkən, Lvovda nəinki şəhərin özündə, ümumiyyətlə, bütün əyalət üzrə hər küçədə bir kilsə var və bu, yerli sakinlərin həyat tərzinin ayrılmaz bir hissəsidir.

 

Kilsələr hər saat dolu olur.

 

Lvovda daha bir maraqlı nüansı da özüm üçün aydınlaşdırdım. Deyim, siz də biləsiz ki, mətbuatın yazdığı kimi, burada əhalinin 85 faizinin qadınlar, 15 faizinin kişilər olması xəbəri doğru deyil. Həm gündəlik şəhərdəki insan axını, həm də vilayət quberniyasında keçirdiyimiz görüşdə verilən statistika bunu sübut etdi.

 

Quberniyadan bildirdilər ki, şəhər də daxil olmaqla, vilayət əhalisinin 51 faizi qadınlar, 49 faizini isə kişilər təşkil edir.

 

Lvovda kofeyə Ukraynanın digər yerlərindən fərqli olaraq “kava” (qəhvə) deyirlər. Onlarda da Sevər, Sarvar adları var. Eyni ilə türklər də olduğu kimi...

 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayəti üzrə sədri Teymur Məmmədov deyir ki, son illər azərbaycanlıların burada fəallığı artıb. Son bir neçə ilə kimi burada, ümumiyyətlə, Azərbaycan diasporunun varlığı hiss olunmayıb...

 

Ən önəmlisi isə odur ki, turizm potensialı ilə cənnəti xatırladan Lvovda “Azərbaycanlıyam” demək kifayətdir - onların ən əziz qonağı olacaqsan.

 

# 267
avatar

Mübariz Aslanov

Oxşar yazılar