Futbol klubu qəzaya uğradı, qapıçı komaya düşdü
21 aprel 2015 13:05 (UTC +04:00)

Futbol klubu qəzaya uğradı, qapıçı komaya düşdü

 
Mərakeşin “Şabab Atlas Henisfra” futbol klubu bədbəxt hadisə ilə üzləşib. Lent.az-ın məlumatına görə, “Şabab Rif Əl Hoseyma” ilə çempionat matçından (1:1) sonra geri qayıdan komanda üzvləri avtoqəzaya uğrayıblar. 
 
Klubun avtobusu hərəkətdə olarkən başqa bir avtobusla toqquşub. Qəza nəticəsində 29 nəfər xəsarət alıb. 
 
Ən ağır xəsarət alan isə komandanın qapıçısı Lusin Zana olub. Beynindən aldığı zərbədən sonra özündən gedən futbolçu xəstəxanaya çatdırılıb. Həkimlər Zananın komaya düşdüyünü bildiriblər. 
 
Baş verən hadisə klub rəhbərliyi və azarkeşləri narahat edib.
# 189
avatar

Tengiz Məmmədov

Oxşar yazılar