Romario məhkəmə qarşısında
08 aprel 2015 18:50 (UTC +04:00)

Romario məhkəmə qarşısında

Braziliya yığmasının sabiq hücumçusu Romario məhkəmə qarşısına çıxacaq. Lent.az-ın məlumatına görə, əfsanəvi futbolçunu Braziliya Futbol Federasiyasının keçmiş prezidenti Xose Mariya Marin məhkəməyə verib. Marin ərizəsində şərəf və ləyaqətinin alçaldığını göstərib və bu səbəbdən şikayətçi olduğunu bildirib. O, Romarionun etdiyi hərəkətə görə məsuliyyətə cəlb olunmasını tələb edib. Qeyd edək ki, Romario müsahibələrinin birində Marini oğruluq və rüşvətxorluqda ittiham etmişdi.

# 170
avatar

Tengiz Məmmədov

Oxşar yazılar