Məşhur futbolçunun şərəfinə axtarış sistemi yaradıldı - FOTO
08 aprel 2015 18:31 (UTC +04:00)

Məşhur futbolçunun şərəfinə axtarış sistemi yaradıldı - FOTO

“SweetPop” marketinq agentliyi internetdə zlaaatan.com adlı yeni axtarış sistemi yaradıb. Lent.az-ın məlumatına görə, agentlik bunu PSJ klubunun və İsveç yığmasının futbolçusu Zlatan İbrahimoviçin şərəfinə təsis edib. 
 
Yeni axtarış sistemi ilə bağlı danışan agentliyin direktoru Andreas Killander maraqlı fikirlər səsləndirib.
 
O, bu addımı İbrahimoviçdən xəbərsiz atdıqlarını bildirib: “Bizim sistemdə bütün axtarışlar İbrahimoviçlə bağlı olacaq. Məsələn, axtarışda “Ferrari” yazsanız, “İbrahimoviçin ferrarisi” ifadəsi çıxacaq. Və yaxud “hamburger” yazsanız, “İbrahimoviçin hamburgeri” başlığını görəcəksiz. Nəyə görə məhz bu futbolçunu seçdik? Çünki İbrahimoviç xeyli sayda insanın kumiridi. Məhz bunu nəzərə alaraq, onu seçmişik. Özündən razılıq almamışıq. Amma ümid edirik ki, bu ideyamız İbrahimoviçin xoşuna gələcək”.
# 279
avatar

Tengiz Məmmədov

Oxşar yazılar