Futbolçular birləşib hakimi döydülər
06 aprel 2015 18:10 (UTC +04:00)

Futbolçular birləşib hakimi döydülər

 
Braziliyanın Alaqoas ştatının futbol çempionatında xoşagəlməz olay baş verib. Lent.az-ın məlumatına görə, “Sentro Sportivo” – “Reqatas” komandalarının qarşılaşması qalmaqalla yadda qalıb. 
 
Matçın gedişatında futbolçularla oyunun hakimi arasında kütləvi dava düşüb. Hakimin qərarından narazı olan futbolçular onu əhatəyə alaraq, dalaşmağa başlayıblar. Referini döyən futbolçular yalnız polis müdaxiləsindən sonra sakitləşiblər. 
 
Polis davanın fəal iştirakçılarını bölməyə aparıb. Bir neçə saatdan sonra futbolçular evlərinə buraxılsalar da, onlara qarşı bölmədə zorakılığın olduğu bildirilib. Bununla bağlı, klubun rəhbərliyi aidiyyatı orqanlara şikayət etməyə qərar verib.
# 164
avatar

Tengiz Məmmədov

Oxşar yazılar