<b>Olimpiadada ilk medal qazanan azərbaycanlı kimdir? </b>
17 mart 2015 11:20 (UTC +04:00)

Olimpiadada ilk medal qazanan azərbaycanlı kimdir?

Azərbaycan Yay Olimpiya Oyunlarında ilk medalını 1992-ci ildə qazanıb. Lent.az-ın məlumatına görə, İspaniyanın Barselona şəhərində keçirilmiş olimpiadada Nazim Hüseynov cüdoda bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yuxarı pilləsində yer alıb. Bu, ölkəmizin müstəqilliyi tarixində ilk medalı, həmçinin ilk qızıl medalı kimi tarixə düşüb. XXV yay olimpiya oyunlarında “qızıl” qazanan Hüseynov adını Azərbaycan idmanının tarixinə qızıl hərflərlə yazdırıb.

 

Nazim Hüseynovun uğurları bununla kifayətlənmir. 1991-ci ildə dünya üçüncüsü olan keçmiş cüdoçu 2 il sonra həmin turnirdə gümüş medala sahib çıxıb. Avropa çempionatlarında da Nazim Hüseynovun uğurları boldur. 1992 və 1993-cü illərdə qızıl medal qazanan keçmiş cüdoçu 1994-cü ildə Qdanskda keçirilən AÇ-də həlledici görüşdə məğlubiyyət acısı yaşayıb. Finalda əvvəllər dəfələrlə məğlub etdiyi italiyalı Girolamo Giovinazzoniyə hakimlərin xalı nəticəsində məğlub olan Hüseynov ikinciliklə kifayətlənib.

 

SSRİ yığmasının tərkibində Yay Olimpiya Oyunlarında ilk medalı isə Rəşid Məmmədbəyov qazanıb. 57 kq çəki dərəcəsində çıxış edən keçmiş güləşçi 1952-ci ildə Helsinkidə baş tutmuş olimpiadanı gümüş medalla tərk edib. Bununla da, Məmmədbəyov olimpiya oyunlarında medal qazanmış ilk azərbaycanlı kimi tarixə düşüb.

 

Rəşid Məmmədbəyov Əməkdar İdman Ustası, SSRİ çempionatlarının 5 qat gümüş mükafatçısı olub. 

 

1970-ci ildə dünyasını dəyişən Məmmədbəyovun xatirəsinə bir neçə dəfə yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında respublika turniri təşkil olunub.

 

 

# 630
avatar

Tengiz Məmmədov

Oxşar yazılar