<span style="color:red;">Avropa oyunları:  [b]Yarışlar haralarda keçiriləcək?[/b] - <span style="color:red;">SİYAHI
16 mart 2015 12:00 (UTC +04:00)

Avropa oyunları: [b]Yarışlar haralarda keçiriləcək?[/b] - SİYAHI

İyunun 12-dən 28-dək Bakı ilk Avropa oyunlarına ev sahibliyi edəcək. Lent.az-ın məlumatına görə, turnirdə 49 ölkədən 6000-dən çox idmançının yarışacağı gözlənilir.

 

Avropa oyunlarında yüngül atletika, gimnastika, üzgüçülük, suya tullanma, sinxron üzgüçülük, su polosu, çimərlik futbolu, çimərlik voleybolu, basketbol 3x3, voleybol, boks, qılıncoynatma, karate, taekvondo, badminton, stolüstü tennis, oxatma, cüdo, güləş, sambo, atıcılıq, dağ velosipedi, velosiped yarışları, triatlon, kanoe spirinti üzrə yarışlar keçiriləcək.

 

Avropa oyunlarının yarışları bu arenalarda baş tutacaq:

 

Milli stadion – Açılış və bağlanış mərasimləri, yüngül atletika – 68 000

 

Milli Gimnastika Arenası – Gimnastika - 6862

 

Bakı Su İdmanı Mərkəzi – Üzgüçülük, suya tullanma, sinxron üzgüçülük - 6000

 

Su Polosu Arenadı – su polosu, 2400

 

Çimərlik Arenası – Çimərlik futbolu, Çimərlik voleybolu – 3900

 

Basketbol Arenası – Basketbol 3x3 – 2500

 

“Crystal Hall” – Voleybol – 6000, Boks – 3400, Qılıncoynatma, Karate, Taekvondo – 2000

 

Bakı İdman Zalı - Badminton, Stolütü Tennis – 1700

 

Tofiq Bəhramov adına Respublika stadionu – Oxatma – 3000

 

Heydər Əliyev adına İdman Arenası - Cüdo, Güləş, Sambo – 7700

 

Bakı Atıcılıq Mərkəzi – Atıcılıq – 500

 

Dağ Veloparkı – Dağ velosipedi – 1670

 

BMX Veloparkı – Velosiped yarışları – 1600

 

Bilgəh Çimərliyi – Triatlon – 1500

 

“Kür” İdman və Avarçəkmə Mərkəzi – Kanoe spirinti – 1300

 

Avropa Oyunları üçün 4 obyekt qrupu üzrə 18 yarış obyekti mövcuddur. Daimi idman obyeklərinin sayı 12-dir. Onlardan beşi - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Milli Stadion yeni inşa edilmişlərdir. Həmçinin Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, eyni zamanda Triatlon və Velosiped yarışları üçün nəzərdə tutulmuş altı müvəqqəti idman obyekti də yaradılmışdır.

“Olympic Village”, yəni “Atletlər Kəndi” isə Bakının Nizami rayonunda yerləşir. Atletlər kəndi” 13 binadan, üç və dörd otaqlı 16 müxtəlif növ mənzildən ibarətdir.

 

 

 

# 1485
avatar

Tengiz Məmmədov

Oxşar yazılar