"Trabzonspor"u Yaponiyaya dəyişdi
12 mart 2015 15:57 (UTC +04:00)

"Trabzonspor"u Yaponiyaya dəyişdi

Yaponiya futbol yığmasının yeni baş məşqçisi müəyyənləşib. Lent.az-ın məlumatına görə, bu posta bosniyalı mütəxəssis Vahid Halilhodziç gətirilib. 
 
Artıq tərəflər arasında rəsmi müqavilə də imzalanıb. Razılaşmaya əsasən, Halilhodziç 2018-ci ilin yayına qədər Yaponiya millisində işləyəcək. 62 yaşlı çalışdırıcı bu postda meksikalı Xavyer Agirreni əvəzləyib. Qeyd edək ki, Agirrenin rəhbərliyi altında yaponlar Asiya Kubokunda uğursuz çıxış etmişdilər. 
 
1990-cı ildən məşqçilik edən Halilhodziçin son iş yeri Türkiyənin “Trabzonspor” klubu olub. Təcrübəli çalışdırıcı bundan öncə isə Əlcəzair yığmasına başçılıq edib və bu komanda onun rəhbərliyi altında DÇ-2014-də 1/8 finala qədər irəliləyib.
# 196
avatar

Tengiz Məmmədov

Oxşar yazılar