“Sən elə danışdın ki, məni ağlamaq tutdu” - <span style="color:red;">Oqtay Əsədov
02 fevral 2015 16:37 (UTC +04:00)

“Sən elə danışdın ki, məni ağlamaq tutdu” - Oqtay Əsədov

 

 

Azərbaycan parlamentinin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov ilə deputat Etibar Hüseynov arasında maraqlı olay yaşanıb. Lent.az-ın məlumatına görə, çıxış edən deputat E. Hüseynov Azərbaycanda polis əməkdaşlarının son vaxtlar təzyiqə məruz qaldığını bildirərək onların səlahiyyətlərinin artırılmasının vacibliyini vurğulayıb və bunu təklif edib.

 

 

O. Əsədov deputatın təklifinə belə cavab verib: “Etibar Hüseynov, sən elə danışdın ki, məni ağlamaq tutdu. Bizim polisə nə olub ki? Polisimiz necə lazımdır, yüksək səviyyədə işləyir və vəziyyətləri də yaxşıdır. Heç bir təzyiq-filan, yaxud çətinlik yoxdur. Bir az danışanda, nəsə təklif verəndə diqqətli olmaq lazımdır. Axı bura parlamentdi..”.

 

# 143
avatar

Mübariz Aslanov

Oxşar yazılar