ALOV smartfonu: münasib qiymət, yüksək keyfiyyət!
22 dekabr 2014 10:20 (UTC +04:00)

ALOV smartfonu: münasib qiymət, yüksək keyfiyyət!

Mobil telefonlar həyatımızın ayrılmaz bir parçasına çevrilib. İndi telefonunu evdə qoyub işə gələn adama demək olar ki, çox az rast gəlinir. Xüsusən son illər sürətlə populyarlaşan smartfonlar - “ağıllı telefonlar” insanların etibarlı gündəlik yol yoldaşına çevrilib...

 

Bu yaxınlarda mobil telefonumu dəyişdirmək zərurəti yarandı. Mənimsə indiyədək “ağıllı telefon”um olmamışdı. Bu səbəbdən “hansı markadan mobil telefon alım?” tərəddüdü içində idim. Ona görə də qərara gəldim ki, əvvəlcə qiyməti ucuz olan smartfon alım - qane etməsə, yenidən düyməli telefona qayıtmaq üçün.

 

Qiymətlərlə maraqlandıqda, Bakcell şirkəti tərəfindən satışa çıxarılan ALOV telefonlarının ucuz olması (cəmi 129 manata) diqqətimi cəlb etdi. Bəzi dostların risk etməmək barədə xəbərdarlıqlarına baxmayaraq, ALOV almaq barədə qərarımı qətiləşdirdim və dükana tələsdim. Satıcı  “Yeni olmasına baxmayaraq indi ən çox alınan modellərdəndir. Həm qiymətdə, həm keyfiyyətdə sərfəlidir” - deyə bildirdi. Əvvəlcə görünüşü ilə diqqətimi çəkən smartfon həmçinin detalları ilə də mənə maraqlı göründü. Çox yüksək keyfiyyətli montaj, meqapiksel kamera və çarpıcı dizaynı diqqətimi cəlb etdi.

 

Artıq bir aydan çoxdur ALOV smartfonlarından istifadə edirəm. Daha ətrafımdakı heç kimdən “donmur ki?”, “enerjini necə saxlayır?”, “ön kamerası varmı?” kimi sualları eşitmirəm. Çünki ötən müddətdə bu sualların hamısına müsbət cavab vermişəm. ALOV-da smartlara xas bütün əsas funksiyalar mövcuddur. Geniş ekranı (4.7 düymlük) kifayət qədər parlaqdır. Telefonun ölçüsünə görə çəkisi də ağır deyil. Telefonun üstündə 3 fərqli rəngdə alt qapaq da təqdim olunur ki, bu da zövqə görə telefonun rəngini dəyişdirmək imkanı verir.

 

ALOV smartfonu - geniş 4.7 düymluq sensorlu ekran, 4-nüvəli prosessor - 1.3 GHz, RAM 1024 + 4GB daxili yaddaş, Android 4.4 əməliyyat sistemi, HSPA/WCDMA şəbəkəsini dəstəyi və 2000 mAh batareya gücü ilə təchiz edilib. Smartfona həm də 1 il zəmanət verilir. ALOV alanlara, üstəlik, hər ay 1 GB İnternet də BONUS olaraq verilir! Smartfonun IMEI kodunu SMS-lə 5810 nömrəsinə göndərməklə İnternet bonusunu almaq və kampaniyaya qoşulmaq mümkündür. Kampaniyaya qoşulandan sonra ay ərzində balansı 5 AZN məbləğində artırmaqla həmin bonusu mütəmadi olaraq əldə etmək olacaq.

 

Mən ilk smartfonumu bəyəndim. Çünki hazırkı “ağıllı telefonlar” bizə yalnız zəng etmək üçün lazım deyil. O, bizim üçün həm fotoaparat, həm kompüter, həm yaddaş kitabçası, həm musiqi bazası, həm də əyləncə mənbəyidir.

 

 

# 629
avatar

Cavid Cabbaroğlu

Oxşar yazılar