Açar imdad diləyir

Mikayıl Nərimanoğlu

Evimizdə bir topa açar var. Düz 21 ildir ki, o bizdən imdad diləyir. Dərdinə əlac tapa bilmirik. O isə bizi başa düşmür, anlamır ki, onun bağladığı qapıları açmaqda acizik...

 

Açar imdad diləyir, ildən ilə köhnəlir, paslanır, insan əlinə ehtiyac duyur, bağladığı qapıları açaraq çöhrəmizdəki sevinci görmək istəyir. 


Açar imdad diləyir, bağladığı qapıları açmaq istəyir. İstəmir ki, onun təqsirindən kiminsə qapısı bağlı qalsın, kimsə yurduna girə bilməsin. 
 

Valideynlərimin sağlığında açar bu qədər kövrək deyildi. Çünki sevilə-sevilə saxlanılırdı, vaxtaşırı əzizlənirdi, təmizlənirdi, dərdinə məlhəm olunurdu... Onların dünyasını dəyişməsi açarın da qəddini qırıb. Təklənib. Evin bir küncündə lazımsız əşyaya çevrilməmək və bir gün atılmamaq üçün bir istəyi var.

 

İstəyi isə... Zəngilan rayonu, Cəfər Cabbarlı küçəsi 4-də yerləşən mənzilimizi 1993-cü ilin oktyabrın 29-da bağladığı kimi, indi açıb valideynlərimin ruhunu şad etməkdir.

 

 

LENT

23 Aprel 2019

Digər xəbərlər >>>