Röyadan telekanala <span style="color:red;">QADAĞA
18 iyul 2014 14:24 (UTC +04:00)

Röyadan telekanala QADAĞA

Tanınmış müğənni Röya Ayxan Türkiyənin TMB kanalına (Turkish Music Box) qağada qoyub. Lent.az-ın məlumatına görə, buna səbəb kanalda yayımlanan "Fan savaşları" yarışmasında bu dəfə Aygün Kazımova ilə Röya Ayxan sevənlərini üz-üzə qoyulmasıdır. Bu səbəbdən də Röya yarışmadan da imtina edib.

 

Jurnalistlərə açıqlamasında ifaçının mətbuat katibi deyib ki, Röya Ayxan daha böyük və nüfuzlu yarışmalarda iştirak etmək istəyir: “Əlbəttə, TMB-yə təşəkkür edirik. Amma belə yarışmalara ayıracaq zamanımız yoxdur. Röya xanım bu yarışmada iştirak etmək istəmir. O, ümumiyyətlə TMB kanalında kliplərinin yayımlanmasına qarşıdır. Ümidvarıq ki, kanal rəhbərliyi bizi düzgün anlayacaq".

 

Mətbuat katibi Röyanın pərəstişkarlarına da səslənib: "Heç bir fanat özünə əziyyət verib, həmin yarışmada iştirak etməsin və səs yollamasın. Bu da müğənninin şəxsi istəyidir".

# 3774
avatar

Türkan Məmmədli

Oxşar yazılar