Küsülü müğənni ilə prodüsseri bu qızcığaz məmnun etdi
18 iyun 2014 13:15 (UTC +04:00)

Küsülü müğənni ilə prodüsseri bu qızcığaz məmnun etdi

Müğənni Günay İbrahimli küsülü olduğu keçmiş prodüseri Təranə Səmədova ilə bir məclisdə üz-üzə gəlib. Tərəflərin münasibəti düzəlməsə də maraqlı anlar yaşanıb.

Lent.az-ın məlumatına görə, Günay çıxış edən zaman Təranənin qızı, balaca Suel meydana gəlib və rəqs etməyə başlayıb. Onu görən Günay qucağına alıb və Sueli öpüşlərə qərq edib. Günay çıxışını bitirənə qədər Suel onu müşayiət edib.

 

Kənardan onları müşayiət edən Təranə Səmədovanın da vəziyyətdən məmnun olduğu görünürdü. Əldə etdiyimiz digər məlumata görə, tərəflər yaxında barışa bilər. Bunun üçün onların ortaq dostları da çalışır.

# 2386
avatar

Türkan Məmmədli

Oxşar yazılar