Zarina “Bir acı”sını təqdim etdi
11 mart 2014 11:24 (UTC +04:00)

Zarina “Bir acı”sını təqdim etdi

Müğənni Zarina Məmmədova yeni klipini təqdim edib. Lent.az-ın məlumatına görə,  “Bir acı” adlı klip bu gündən etibarən Youtube kanalında internet istifadəçilərinin ixtiyarına verilib.

 

Klipi məşhur türk rejissoru Kamal Başbuğ çəkib. Üç gün Qəbələdə davam edən çəkilişlərdə peşəkar komanda işləyib.

 

Mahnının musiqisi Pərviz Mahmudovun, sözləri Aygün İsmayılovanın, aranjemanı isə Caner Tepecikindir.

 

Zarina yeni layihəsindən razı qalıb: “Həm mahnıdan, həm də klipdən çox razıyam. Yanında işini bilən adamlar varsa, demək hər şey yolundadır. Bu klipə çox əziyyət çəkdik. Nəticənin bu cür yaxşı alınması bütün yorğunluğumu çıxartdı. Həm mahnının müəlliflərinə, həm rejissora, həm də İstanbul və Bakıdan Qəbələyə gələn 30 nəfərlik komandaya təşəkkür edirəm. Ümid varam ki, tamaşaçılarım da ən azı mən qədər bəyənəcək”.

 

Bəstəkar Pərviz Mahmudov musiqinin Zarinanın səsinə yazıldığını xüsusi qeyd edir: “Heç bir ifaçıya “Bir acı” bu qədər yaraşmazdı. Zarina mahnıya ürək qoyub. Çox da gözəl alınıb. Mahnının müəllifi olaraq qeyd etmək istəyirəm ki, bu məhz Zarinanın halal mahnısıdır. Ondan başqa da heç kim bu mahnını oxuya bilməz”.

 

Qeyd edək ki, Zarinanın imici üzərində top-stilist Elnur Həsənov çalışıb. Təşkilati işləri isə müğənninin layihələrini reallaşdıran Nahid Eminoğlu və prodüseri Təranə Səmədova həyata keçirib.

 

Təqdim olunan klipə aşağıdakı linkdə baxa bilərsiz:

 

 

# 1824
avatar

Türkan Məmmədli

Oxşar yazılar