Afaq Aslan:”...onun gücünə inanıram”
10 fevral 2014 12:46 (UTC +04:00)

Afaq Aslan:”...onun gücünə inanıram”

Gənc müğənni Afaq Aslan yeni layihələr üzərində çalışır. İfaçının Lent.az-a verdiyi məlumata görə, o, artıq prodüser Sultan Mustafayevlə iş birliyinə başlayıb: “Sultan söz verib ki, işlərimin daha da yaxşı olmasına kömək edəcək, onun gücünə inanıram. Əminəm ki, bundan sonra yaxşı işlərə imza atacayıq”.

Müğənni ilə prodüserin ilk layihəsi də artıq hazırdır. O, xarici ölkələrdə konsert verməyə hazırlaşır. Sultan martın 22-də Almaniyanın Hannover şəhərində, martın 23-də isə Niderland Krallığında Novruza həsr olunan konsert proqramı təşkil edib.

Onu da bildirək ki, Mehriban Xanlarovanın idarə edəcəyi konsert proqramında Afaqla yanaşı, əməkdar artistlər Nüşabə Ələsgərli, Zöhrə Abdullayeva, Aygün Bəylər, meyxanaçı Vüqar, Samirə və digər ifaçılar oxuyacaqlar.

Qeyd edək ki, Sultan Mustafayev uzun illərdir “Avropa prodüseri” ləqəbi ilə də tanınır.

Türkan Məmmədli

 

# 1004
avatar

Türkan Məmmədli

Oxşar yazılar