Ölkəmizə köçmək istəyən Alişandan özəl açıqlamaları - Eksklüziv
25 yanvar 2014 01:35 (UTC +04:00)

Ölkəmizə köçmək istəyən Alişandan özəl açıqlamaları - Eksklüziv

Ölkəmizə köçməyi planlaşdıran Alişandan özəl açıqlamaları - Eksklüziv

Məlum olduğu kimi Türkiyənin tanınmış müğənnisi Alişan paytaxtımıza gəlib. Bakıda toya qatılan müğənni məclisdə uşaqlıq dostu, məşhur estrada ifaçısı Azəri Günellə görüşüb. Güneli  görən Alişan onunla münasibətindən danışıb.

Lent.az-a özəl açıqlama verən Alişan maraqlı faktlara toxunub. Azərbaycan toylarına heyran olduğunu çəkinmədən dilə gətirən ulduz yaxın zamanda Bakıya köçəcəyini də gizlətmədi: "Sizin toylar xüsusi zövq verir. Hətta Azərbaycana köçüb, Günellə birgə toylara getmək istəyirəm".

Alişan 2014-cü ildə Günellə birgə fərqli layihə hazırlayacağını da vəd etdi: "Bu il Günellə birgə elə bir iş görəcəyik ki, hər kəs bizdən danışacaq. Layihədə Tunar Rəhmanoğlunun da iştirakı istisna deyil. Güneli uşaqlıqdan tanıyıram. Onu çox istəyirəm. Olduqca gözəl və istedadlı xanımdır."

Onu da qeyd edək ki, Alişan səhər saatlarında Türkiyəyə dönür.

Hər iki simanın səmimi fotolarını oxucularımıza təqdim edirik.
 

# 2935
avatar

Türkan Məmmədli

Oxşar yazılar