Parlament Əmək Məcəlləsində dəyişiklik etdi
27 dekabr 2013 13:48 (UTC +04:00)

Parlament Əmək Məcəlləsində dəyişiklik etdi

“Əmək məcəlləsinə edilən bu dəyişiklik birbaşa vətəndaşın hüquqlarının müdafiəsindən gedir. Bu layihədə ən maraqlı tərəf də məhz işəgötürülən tərəf olmalıdır. Çünki pozulan hüquqlar onunkudur. İşəgötürülən şəxslər öz hüquqlarını dərk etməlidirlər”.

Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü sessiyasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı çıxış edən deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, təklif olunan dəyişikliklər böyük yenilikdir və işçilərin hüquqlarının qorunmasına xidmət edir.

Çıxış edən digər deputatlar da təklif olunan dəyişikliklər barədə danışaraq, bunun müsbət tərəflərindən danışıblar.

Ardınca qanun layihəsi səsə qoyulub qəbul edilib.

Sessiyada eyni zamanda mahiyyətcə Əmək Məcəlləsinə edilən dəyişikliyə aid olan İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsi və Cinayət Məcəlləsinə dəyişikliklər də səsə qoyularaq qəbul edilib.

# 1847
avatar

Anar Gəraylı

Oxşar yazılar