Afaq Aslan: ” Məni xalq düşməni etməyə hazır idilər” - Audio
24 sentyabr 2013 14:59 (UTC +04:00)

Afaq Aslan: ” Məni xalq düşməni etməyə hazır idilər” - Audio

Müğənni Afaq Aslan yaradıcılığında daha bir yenilik edib. Müğənninin Lent. az-a verdiyi məlumata görə, o, ilk albomunun adını daşıyan “Sənə görə” mahnısının remiks versiyasını hazırlayıb, Türkiyədə yenidən aranjeman etdirib və fərqli bir iş alınıb. İfanın yeni variantını isə bir çox türk ulduzları ilə çalışan musiqiçi Erhan Bayrak işləyib.

 

Afaqın sözlərinə görə, o, mahnının remiks variantına klip çəkdirməyə hazırlaşır: “Əvvəlki- “Aysan gecələrimdə” klipimi qınaq obyektinə çevirdilər. Geyimimə görə məni az qala xalq düşməni etməyə hazır idilər. Bununla da bəzi düşmənlərim sənətdən getməyimə nail olmaq istəyirdilər. Ancaq onlara demək istəyirəm ki, məni heç nə ruhdan sala bilməz. Çəkdirmişəm və indi də yenisini çəkdirəcəyəm.  Növbəti klipim də çox müzakirə olunacaq”.

Qeyd edək ki, mahnının sözləri Baba Vəziroğlunun, musiqisi Kamalındır.

 

Mahnın remiks versiyasını təqdim edirik.

 

http://www.youtube.com/watch?v=WZBuQIcyo_8&feature=youtu.be&desktop_uri=%2Fwatch%3Fv%3DWZBuQIcyo_8%26feature%3Dyoutu.be&app=desktop

# 2406
avatar

Türkan Məmmədli

Oxşar yazılar