Abbas Bağırov: “Belə dostluq şəxsən mənə lazım deyil”
09 avqust 2013 13:09 (UTC +04:00)

Abbas Bağırov: “Belə dostluq şəxsən mənə lazım deyil”

Əməkdar artist Abbas Bağırov şou-biznesdəki dostluqlardan söz açıb. Müğənni Lent.az-a bildirib ki, dostluğa inanmır və bacardıqca hər kəsdən yan gəzir: “Şou-biznesdə demək olar ki,  dostum yoxdur. Bir Röya ilə isti münasibətlərim var. Uzun illərdir çörək kəsirik. Yəqin ki dostluq etdiyim yeganə şou-biznes nümayəndəsidir. Röya ilə yanaşı 3-4 nəfər də var ki, onlarla yaxın və ailə münasibətimiz var. Amma adlarını çəkməyəcəyəm. Çünki gözə gələ bilərlər. Şou-biznesdə ona görə dostluq edə bilmirlər ki, hər kəs öz marağını güdür. Camaat biri-birindən qabağa getmək üçün istifadə edir. Hətta borca pul almaq üçün biri-biri ilə dostluq edən adamlar var. Kimlərsə kiminsə yanında görünmək istəyir,  yada onun maşınını sürmək istəyir və bunlar üçün dostluq edirlər. Belə dostluq şəxsən mənə lazım deyil. Bu, dostluq deyil. Dost sözü çox mənalıdır. Onu belə ucuzlaşdırmaq olmaz. Dostun sadiqliyini hər kəs görməlidir.    

 

Şou-biznesdən kənarda çox etibarlı dostlarım var. Səmimi və dürüst. Onlarla dostluq edərkən qarşılığını eyni cür alırsan və bu, adama bəs edir. Mən yaxşı dostluğu bacaran insanlardan biriyəm”.

 

 

 

 

# 2459
avatar

Türkan Məmmədli

Oxşar yazılar