Qonaqlıqda Röya Zamiqə sarılaraq rəqs etdi
27 iyul 2013 05:13 (UTC +04:00)

Qonaqlıqda Röya Zamiqə sarılaraq rəqs etdi

Xəbər verdiyimiz kimi dünən otellərin birində Ruhi Əliyevanın uşaqlarının 1 yaşı qeyd olunurdu.

 

Lent.az-ın məlumatına görə, mərasimi idarə edən məşhur müğənni Zamiq Hüseynov ifasından sonra səhnəyə Röya Ayxanı dəvət etdi. Dostluqları uzun illərə söykənən həmkarların birgə şousu hələ çox müzakirə obyekti olacaq.

 

Röyanın “Göndər” mahnısına şərik çıxan Zamiq adıçəkilən mahnını dostu ilə birgə ifa etdi. Ekspromt duet hər kəsin diqqətini cəlb etdi.

 

Səhnədə sərhəd tanımayan Röya Zamiqə sarılaraq rəqs etdi. Sonra müğənnilər daha öncə ərsə gələn “Dəniz” duetini də səsləndirdilər.

 

 

Foto müəllifindir

 

# 3293
avatar

Türkan Məmmədli

Oxşar yazılar