Azərbaycanlı müğənnidən Ebru Polada sərt ittiham: “O, hamının yanında Azərbaycanı pisləyir”
18 iyun 2013 16:31 (UTC +04:00)

Azərbaycanlı müğənnidən Ebru Polada sərt ittiham: “O, hamının yanında Azərbaycanı pisləyir”

Türkiyəli müğənni Ebru Poladla azərbaycanlı ifaçı Afaq Aslanın konserti təxirə salınıb. Lent.az-ın məlumatına görə, buna səbəb Ebru Poladın Azərbaycan haqda səsləndirdiyi xoşagəlməz fikirlər olub. Afaq əməkdaşımızla söhbətində məsələnin təfərrüatlarını açıqlayıb: “İstəməzdim ilk konsertim təxirə düşsün. Amma Ebru ilə münasibətlərimiz  pozuldu. Ebru Polad hamının yanında Azərbaycanı pisləyir. Mənim həqiqətən qəlbimə dəydi, pisimə gəldi. Niyə Azərbaycanı pisləməlidir ki? Sonra da heç nə olmamış kimi burada konsert verməyə və digər açıqlamaq istəmədiyim işlərə qol qoymağı planlaşdırırdı. Mən necə vətənimi sevməyən bir müğənni ilə elə öz vətənimdə səhnə bölüşüm? Konsertin təşəbbüskarı mən idim. Amma iş ki bu yerə çatdı, vicdanım yol vermədi. Onun Azərbaycan haqda danışdıqlarını eşitdim və utandım. Yaxın rəfiqə idik. Ancaq artıq ürəyim sındı. Mən bu sənətdə yeni-yeni addımlarımı atsam da, vətənimi heç nəyə qurban verə bilmərəm. Ən böyük problem onun Azərbaycan haqda dediyi dəhşətli fikirlərdir. Ancaq bundan başqa o xanımda bir çox mənfi xüsusiyyətlər gördüm. Üzülürəm olanlara”.

# 7208
avatar

Türkan Məmmədli

Oxşar yazılar