Ümid Sayın Bakıya gəlir
08 iyun 2013 18:38 (UTC +04:00)

Ümid Sayın Bakıya gəlir

Gənc və iddialı müğənni Zarina ilə "Kader utansın" mahnısını ifa edən Türkiyənin usta səsi Ümid Sayın bu gün Azərbaycana gəlir. Müğənni gecə saatlarında Heydər Əliyev adına Hava Limanına enəcək. Bu barədə lent.az-a ifaçı Zarina məlumat verib. Zarinanın dediyinə görə, Ümidin Bakıya gəlməsinə səbəb sabah Heydər Əliyev adına Sarayda bir çox məşhurlara təqdim olunacaq "Qrand” Milli İctimai mükafatdır. Türkiyəli müğənni də bu mükafata layiq görülüb: "Ümid bəyin hansı nominasiya üzrə təltif olunması isə hələ ki sirr qalsın. Sabah o da mükafat alan ifaçılar sırasında olacaq". 

Onu da bildirək ki, "Qrand" alan ifaçılar sırasında Zarina Məmmədovanın da adı var. 


 

Xatırladaq ki, bu Ümid Sayının Azərbaycana ilk gəlişi deyil. 


# 853
avatar

Türkan Məmmədli

Oxşar yazılar