Zarina Məmmədova “ Sonra” oxudu
20 may 2013 18:24 (UTC +04:00)

Zarina Məmmədova “ Sonra” oxudu

Gənc  müğənni Zarina Məmmədova sözləri və musiqisi Hacı Nazim Məmmədova məxsus “Sonra” mahnısını internet istifadəçilərinin ixtiyarına verib.

 

Bu barədə Lent. az-ı  müğənni özü məlumatlandırıb: “Bir neçə yeni mahnı yazdırmışam, ancaq dinləyicilərə məhz bunu təqdim etmək istədim. Bu mahnı özümün də ürəyimcədir.   Bir çoxları deyir ki, yayda yalnız dinamik mahnı təqdim etmək lazımdır. Ancaq düşünürəm ki, yaxşı mahnı yaya, qışa baxmır. Nazim gözəl bir iş ortaya qoyub.Mahnının yazılmasında türk sənətçilərinin də zəhməti olub. Tütəkdə Coşğun Sadığov gitarada türk musuqiçisi Sərhan Yasdımna ifa edib. Aranjemanı Uzik Addul Cabbara məxsusdur”

 

“Sonra” haqda Nazim də açıqlama verib:« Mahnını özüm ifa etmək istəyirdim. Həmin vaxt Zarina xanım müraciət  etdi və məndən yaxşı bir mahnı istədi. Mən də bunu təqdim etdim. Onun böyük səs imkanları var. Əminəm ki, mahnı tez bir zamanda seviləcək ».

 

Xatırladaq ki, Zarina hazırda təşkilatçı Nahid Eminoğlunun təşəbbüsü ilə Sərdar Ortacla birgə konsert verməyə hazırlaşır.  Onlar mayın 25-də” Buta Palace”də çıxış edəcəklər.

 

Mahnını videoda izləyə bilərsiz : http://www.youtube.com/watch?feature=player_embedded&v=dPVoux2tMR0

 

# 2246
avatar

Türkan Məmmədli

Oxşar yazılar