Sərdar Ortacın konsertində hansı sürprizlər olacaq?
18 may 2013 13:52 (UTC +04:00)

Sərdar Ortacın konsertində hansı sürprizlər olacaq?

Türkiyəli məşhur müğənni Sərdar Ortacın iyunun 26-da Naxçıvan şəhərində verəcəyi konsertdə izləyiciləri xeyli sürpriz gözləyir. Bu sürprizlərdən bəziləri açıqlanıb.
Tədbirin prodüseri Elnur Həsənovun Lent.az-a verdiyi məlumata görə, xalq konsertində aparıcılığı tanınmış diktor Nərgiz Cəlilova edəcək: “Bu gün rəsmi şəkildə təsdiqlədik, tədbirin aparıcı Nərgiz xanımdır. Bildiyiniz kimi, konsertdə həmçinin müğənnilər Günay İbrahimli və Elçin Cəfərov da çıxış edəcək. Onlarla yanaşı, daha bir neçə nəfər də səhnəyə çıxacaq. Bunlar muğam ifaçısı Arzu Əliyeva, DJ Çinadır”.



Qeyd edək ki, konsertin təşkilatçısı “Cahan Holding”dir.


Xatırladaq ki, konsertin informasiya dəstəyi Lent.az-a məxsusdur.
 

# 990
avatar

Türkan Məmmədli

Oxşar yazılar