“Favorit” dueldən üzü ağ çıxdı
19 fevral 2013 16:44 (UTC +04:00)

“Favorit” dueldən üzü ağ çıxdı

Dünən ATV kanalında “Məşhur həyatı bir başqadır” şüarı ilə efirə çıxan “Qrup № 1” layihəsinin ilk duel günü olub. Lent.az-ın məlumatına görə, duelçilər “ Avantaj” və “ Favorit” qrupları tamaşaçılara bir-birindən maraqlı şoular və musiqi nömrələri nümayiş etdiriblər. Layihənin bu həftə münsif qonağı tanınmış müğənni Elnarə olub. Sonda münsiflər seçim edərək  üstünlüyü “Favorit”ə veriblər. Gələn həftənin duelçiləri “Bico” və “Abşeron” olacaq.


Xatırladaq ki, “Qrup №1” yarışması hər həftənin bazar ertəsi, saat 22:00 - da ATV kanalında yayımlanır.

 

Yarışmanın informasiya dəstəyi Lent. az-a məxsusdur.

 

# 1711
avatar

Oxşar yazılar