Azərbaycanda barabanlı qumbaraatanlar istehsal ediləcək
19 fevral 2013 16:07 (UTC +04:00)

Azərbaycanda barabanlı qumbaraatanlar istehsal ediləcək

Azərbaycan və Serbiya birgə silah istehsal edəcək

 

 

Azərbaycan və Serbiya birgə silah istehsal edəcək. Bu barədə APA-nın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabiyə ezam olunmuş əməkdaşlarına IDEX-2013 beynəlxalq müdafiə sərgisində təmsil olunan Serbiyanın stendindən məlumat verilib.

 

Stenddən bildirilib ki, hazırda Serbiyanın iştirakı ilə Azərbaycanda yeni zavod inşa olunur. Zavodda 40 və 46 mm-lik barabanlı (revolver tipli) qumbaraatanlar istehsal olunacaq.

 

Gələcəkdə müəssisədə digər silahların da istehsalını həyata keçirmək mümkün olacaq.

 

Qeyd edək ki, APA-nın əməkdaşlarının sərgidə iştirakına Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hərbi texnikaların istehsalı sahəsində tərəfdaşı, CAR-ın “Paramount Group” şirkəti dəstək verib.

# 1249
avatar

Oxşar yazılar