Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verəcək
19 fevral 2013 14:38 (UTC +04:00)

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verəcək

Moskva Dağlıq Qarabağ münaqişəsinin Rusiya, Fransa və ABŞ prezidentlərinin 2009-2011-ci illərdə verilmiş birgə bəyanatlarında əksini tapmış prinsiplər əsasında həllinə dəstək verəcək

 

 MDB ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Rusiyanın xarici siyasətinin əsas regional prioritetidir. APA-nın xəbərinə görə, bu barədə Rusiya prezidenti tərəfindən təsdiqlənən və XİN-in saytında yerləşdirilən “Rusiya Federasiyasının xarici siyasət konsepsiyası”nda deyilir.

 

Konsepsiyada bildirilir ki, Rusiya beynəlxalq terrorçuluq, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, transmilli cinayətkarlıq, qanunsuz miqrasiya kimi ümumi təhdid və təhlükələrə birgə cavab da daxil olmaqla, MDB ölkələri ilə qarşılıqlı təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığı dərinləşdirməyə davam edəcək: “Birinci dərəcəli vəzifə Əfqanıstan ərazisindən qaynaqlanan bu təhlükələrin neytrallaşdırılması, Orta Asiya və Zaqafqaziyada sabitliyin pozulmasına yol verilməməsidir”.

 

Sənədə əsasən Rusiya Zaqafqaziyada yaranmış siyasi reallıqları nəzərə almaqla Gürcüstanla o sahələrdə əlaqələrin normallaşdırılmasına hazırdır ki, buna gürcü tərəfi hazır olsun.

 

Konsepsiyada bildirilir ki, Rusiya MDB məkanındakı münaqişələrin siyasi-diplomatik həlli üçün fəal rol oynamağa, xüsusən Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri ilə birlikdə Rusiya, Fransa və ABŞ prezidentlərinin 2009-2011-ci illərdə verilmiş birgə bəyanatlarında əksini tapmış prinsiplər əsasında həllinə dəstək verməyə davam edəcək.

# 1317
avatar

Oxşar yazılar