ŞOK! Milli komandanın daha 16 üzvündən dopinq çıxdı
19 fevral 2013 14:21 (UTC +04:00)

ŞOK! Milli komandanın daha 16 üzvündən dopinq çıxdı

Türkiyənin ağırlıqqaldırma üzrə milli komandasında daha bir dopinq qalmaqalı baş verib. Lent.az-ın məlumatına görə, bu dəfə qardaş ölkənin 23 yaşadək yığmasının 16 üzvündən qadağan olunmuş stanozolol preparatı aşkarlanıb.

Ötən ilin noyabrında Türkiyənin daha 5 ağırlıqqaldıranından eyni maddə tapılmışdı. Bunun nəticəsində Türkiyə Ağırlıqqaldırma Federasiyasının (THF) prezidenti Hasan Akkuş istefa vermişdi. Bu vəzifəni müvəqqəti icra edən Zeki Türkeş növbəti xoşagəlməz halla bağlı yığmanın məşqçiləri və idmançılarına qarşı araşdırmaların başladılacağını açıqlayıb. O, günahkarların layiqli cəzalarını alacaqlarını bildirib.

Qeyd edək ki, dopinq-test THF-in Beynəlxalq Ağırlıqqaldırma Federasiyasından (IWF) aldığı icazə əsasında aparılıb. Bu səbəbdən, IWF-dən cəza verilməyəcək.
 

# 1919
avatar

Oxşar yazılar