Azarkeşlər “Qarabağ”ı  ziyana saldılar
19 fevral 2013 13:46 (UTC +04:00)

Azarkeşlər “Qarabağ”ı ziyana saldılar

AFFA-nın İntizam Komitəsi Topaz Premyer Liqasında çıxış edən 3 klubu cəzalandırıb. Lent.az-ın məlumatına görə, bunlar “Qarabağ”, “İnter” və “Qəbələ”dir.

 

 Azarkeşlər “Qarabağı” ziyana salıblar. Premyer Liqanın XXI turunda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşma zamanı Vaqif Cavadovun “Sumqayıt”ın qapısına vurduğu ilk qoldan sonra Ağdam komandasının 100-dək fanatı  fişəng yandırıb. Bu, 32-ci dəqiqəyə təsadüf edib. İntizam Komitəsi “Qarabağ”ı 1000 manat cərimələyib.

 

Həmin turun “İnter” – “Qəbələ” matçında isə hər iki klubun 4 futbolçusuna sarı vərəqə göstərilib. Bu səbəbdən, paytaxt və əyalət təmsilçiləri hərəyə 1000 manat ziyana düşüb.

 

Qeyd edək ki, “Qarabağ” “Sumqayıt”ı 3:0, “İnter” isə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.

 

# 633
avatar

Oxşar yazılar