Hərbi xidmət yaşının artırılması məqbul sayılmadı
19 fevral 2013 13:43 (UTC +04:00)

Hərbi xidmət yaşının artırılması məqbul sayılmadı

Azərbaycanda hərbi xidmət yaşının 19 və ya 20-yə qaldırılması ilə bağlı silahlı birləşmələrə malik güc strukturları tərəfindən Milli Məclisə göndərilən təkliflər müsbət qarşılanmayıb.

 

Parlamentdən APA-ya verilən məlumata görə, təkliflər artıq geri qaytarılıb.

 

Təklif  parlamentin Təhlükəsizlik və müdafiə komitəsində məqbul hesab edilməyib. “Milli Məclisin müvafiq komitəsi yaxın vaxtlarda ümumiyyətlə bu məsələni müzakirəyə çıxarmağı real hesab etmir”, - deyə məlumatda vurğulanır.

 

Qeyd edək ki, ötən ay Silahlı Qüvvələrdə və digər hərbi strukturlarda hərbi xidmət yaşının 19 və ya 20-yə qaldırılması ilə bağlı parlamentə təkliflərin təqdim olunacağı açıqlanmışdı.

# 2089
avatar

Oxşar yazılar