“TU - 154” erası başa çatdı
19 fevral 2013 12:36 (UTC +04:00)

“TU - 154” erası başa çatdı

Rusiya “TU-154” sərnişin təyyarəsinin istehsalını dayandırır.

 

Lent. az -ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Samarada yerləşən “Aviakor” Aviasiya Zavodu istehsal etdiyi sonuncu “TU -154” təyyarəsini bu gün Rusiya Müdafiə Nazirliyinə təhvil verəcək.

 

Bununla da  sovetlər dönəminin məşhur reaktiv sərnişin təyyarəsinin kütləvi istehsalı dayanacaq.

 

Qeyd edək ki, “TU -154” təyyarələrinin istehsalına keçən əsrin 60-cı illərində başlanılıb. Bu ilin fevralında “TU -154” təyyarəsinin ilk müntəzəm aviareysə başlamasının 41-ci ili tamam olacaq. Hazırda bu təyyarələrdən  Çexoslovakiya, Bolqarıstan, Suriya, Koreya, Çin, Polşa, İran, Əfqanıstan, Qana, Yəmən, Nikaraqua və Rumıniyada sərnişin daşınmasında istifadə edilir.


 Xatırladaq ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) hələ 2010-cu ilin dekabrından “TU-134” və “TU -154” təyyarələrinin istismarını dayandırıb.

# 1162
avatar

Oxşar yazılar