“Ağ-qaralar”ın baş məşqçisinə qızıl skamya verildi
19 fevral 2013 12:00 (UTC +04:00)

“Ağ-qaralar”ın baş məşqçisinə qızıl skamya verildi

İtaliyanın “Yuventus” futbol komandasının baş məşqçisi Antonio Konte “Qızıl skamya” mükafatına layiq görülüb. Lent.az-ın məlumatına görə, bu mükafat Konteyə “ağ-qaraların 2011 - 2012-ci il mövsümündəki uğurları ilə əlaqədar verilib.

 

“Qızıl skamya” İtaliya futbolunda hər il ölkənin ən yaxşı məşqçisinə təqdim olunan mükafatdır. Mükafat elə məşqçilər arasında səsvermə əsasında verilir. Rəyi soruşulanlar Vinçentso Montellanı (“Fiorentina”) ikinci, Françesko Qvidolini (“Udineze”) isə üçüncü yerə layiq görüblər.

 

Qeyd edək ki, “Yuventus” 2011  - 2012-ci il mövsümündə heç bir məğlubiyyət almadan İtaliya çempionu olub.

# 685
avatar

Oxşar yazılar