(R) “Novruz mahnısı” layihəsi müvəffəqiyyətlə başa çatdı
19 fevral 2013 12:00 (UTC +04:00)

(R) “Novruz mahnısı” layihəsi müvəffəqiyyətlə başa çatdı

Bəli! Sevimli müğənnimiz Tünzalə Ağayevanın qeyri-adi layihəsi baş tutdu! Bu layihədən xəbəri olan 500.000-dən çox Azərbaycanlı artıq “Novruz mahnısına” dinləyib zövq ala bilər.  Gözəl Novruz bayramı haqqında əsl xalq mahnısı yazıldı və xalqa çatdırıldı. Minlərlə insanın yaxından iştirakı ilə reallaşan layihənin uğuru insanların Novruza, bahara, həyata münasibətindən xəbər verir. Tünzalə xanım bizimlə söhbətində bu mahnının böyük əziyyət hesabına başa gəldiyini vurğuladı. Amma o, nəticədən çox razıdır. Müğənni novruzmahnisi.com saytında Novruz bayramına dair sevimli sözünü yazmış hər kəsə öz dərin minnətdarlığını bildirdi. Bu gözəl sözlərdən ilhamlanan Tünzalə xanım insanların bəyənib paylaşdığı bir mahnıya imza atmağa müvəffəq oldu.

 

Qeyd edək ki, Novruz mahnısı layihəsi Coca-Cola-nın dəstəyilə həyata keçirildi. Bütün kreativ ideyaları alqışlayan Coca-Cola xalqın bəyəndiyi, qəbul etdiyi layihələrə dəstək olmağa həmişə hazırdır. Bu layihə bir daha göstərdi ki, Coca-Cola xalqın milli dəyərlərinə, adət-ənənəsinə necə böyük diqqət və hörmətlə yanaşır.

 

Çox sevindiricidir ki, Tünzalə xanımın layihəsinin reallaşması üçün Azərbaycan, Qazaxıstan və Türkiyədən 60 nəfərlik peşəkar komanda çalışıb. Digər ölkələrin mütəxəssislərilə birgə çalışmaq, onların diqqətini istər reklam kreativliyinə, istərsə də Azərbaycan mədəniyyətinə yönəltmək, onlarla müştərək layihə həyata keçirmək bütün hallarda böyük alqışa layiqdir. Bu layihənin gələcəkdə yeni ideyaların yaranmasına stimul verəcəyini əminliklə söyləyə bilərik.

 

Tünzalə xanımın ifasında “Novruz” mahnısını dinləmək üçün novruzmahnisi.com saytına və Facebook-da Tünzalə Ağayevanın fan səhifəsinə baş çəkə bilərsiniz.

 

# 1068
avatar

Oxşar yazılar