Ukrayna və Rusiyanın birgə çempionatı üçün 1 milyard avro ayrıldı
19 fevral 2013 11:25 (UTC +04:00)

Ukrayna və Rusiyanın birgə çempionatı üçün 1 milyard avro ayrıldı

Futbol üzrə Rusiya və Ukraynanın birləşmiş çempionatının iştirakçılarına üst-üstə ildə 1 milyard dollar veriləcək. Lent.az-ın məlumatına görə, bu barədə çempionatın Təşkilat Komitəsinin sədri Valeri Qazzayev açıqlama verib.

 

Qazzayev bildirib ki, bu qədər vəsait sponsorlardan, habelə, matçların teleyayımının satışından gələcək. Turnirin büdcəsi 1 milyard avro (1,34 milyard dollar) təşkil edəcək. Birləşmiş çempionatın yaradılması ideyasının təşəbbüskarı, “Qazprom”un rəhbəri Aleksey Millerin sözlərinə görə, mükafat fondu Çempionlar Liqasınınkı (2012-2013-cü il mövsümündə 910 milyon avro olub) ilə eyni olacaq.

 

İlk birləşmiş çempionatın 2014-2015 və ya 2015-2016-cı il mövsümündə keçirilməsi planlaşdırılıb. Yarışa Rusiya və Ukraynanın hərəyə 9 klubunun qatılacağı gözlənilir. Təşkilat Komitəsinin fevralın 19-da Moskvada keçirilmiş iclasında Rusiya Premyer Liqasının 14 klubunun və Ukrayna “Tavriya”sının nümayəndələri iştirak edib.

 

Təşkilatçılar bildirib ki, mükafat fondu yüksək divizionda 800 milyon dollar, I divizionda isə 200 milyon dollar təşkil edəcək. Hər bir iştirakçı komandaya 22 milyon dollar ödəniləcək. 370 min dollar qələbəyə, 120 min dollar heç-heçəyə görə veriləcək. Çempion 92 milyon dollar, ikinci yerin sahibi isə 74 milyon dollar qazanacaq. Sponsorlardan və teleyayımdan əldə olunacaq məbləğ isə açıqlanmayıb. Hazırda NTV-Plyus” telekanalı Rusiya Premyer Liqası matçlarının yayımı üçün ildə 60 milyon dollar ödəyir.

 

Qeyd edək ki, birləşmiş çempionatın (əvvəllər Rusiya və Ukrayna yox, MDB çempionatı barədə danışılırdı) yaradılma ideyası dəfələrlə tənqidlərə məruz qalıb. Ukrayna Futbol Federasiyası ölkə klublarının bu turnirdə iştirakına qadağa qoyub. FİFA prezidenti Yozef Blatter də MDB çempionatının yaradılmasına qarşı çıxıb.

 

# 967
avatar

Oxşar yazılar