Badamdar və Bayılda 2 gün su olmayacaq
19 fevral 2013 10:34 (UTC +04:00)

Badamdar və Bayılda 2 gün su olmayacaq

500 mm diametrli magistral su xətti şəbəkəyə qoşulur

 

İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsində yeni çəkilmiş 500 mm diametrli magistral su xətti şəbəkəyə qoşulur.

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar 19-20 fevral tarixlərində Bakı şəhəri Səbail  rayonunun Badamdar və Bayıl qəsəbələrinin bəzi yerlərinə, eləcə də  Yasamal rayonunun Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

# 870
avatar

Oxşar yazılar